Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 22:27
Sidik turşusu orqanizm tərəfindən hasil olunan turşudur, hər bir sağlam insanda olur, o böyrəklərə düşür və ordan sidiklə xaric olmalıdır. Sidik turşusu metobolizm prosesinin artıq qalıqlarıdır, hansı ki, insan bəzi qidaları və içkiləri qəbul edəndə onlardan ayrılır.
Əgər insan çox miqdarda sidik turşusu sintez edən ərzaqları qəbul edərsə və ya metobolizmi pozulmuş olarsa, çox miqdarda hasil olan sidik turşusunu böyrəklər təmizləyə bilmir və o sümüklərdə yığılaraq podaqra yarada və ya böyrəklərdə daş əmələ gətirə bilər.
Orqanizmdə sidik turşusunun normadan çoxluğu Hiperurikemiya adlanır. Bu xüsusi sidik turşusu analizi ilə təyin olunur.
Bu artıq xəstəlik hesab olunur və xəstə sidik turşusu əmələ gətirən qidalardan uzaq durmaq üçün xüsusi dietaya əməl etnəlidir.
Sidik turşusu çox olduqda podaqra, böyrək problemləri, daş, oynaqlarda iltihab və ağrı meydana çıxır.
Sonxeber.net medicina.az-a istinadən sidik turşusunu artıran qidaları təqdim edir.
1. Dəniz məhsulları - nə qədər faydalı olsa da, purinlə zəngindir və bu sidik turşusunu artırır. Krevet, dəniz xərçəngi, krab, midiya, omar və s.
2. Qırmızı ət və içalat
Mal əti, eləcə də fərqi yoxdur, toyuq , qoyun, istənilən heyvanın içalatı, həmçinin qaraciyər purinlə zəngindir və sidik turşusunu artırır.
3. Yağlı balıq - sardina, tuns, skumbriya - dieta saxlayarkən bu məhsulların verə biləcəyi faydanı zeytun yağı, qoz, avokado və s.dən ala bilərsiz.
4. Kolbasa, sosis - sidik turşusunu artıqmaqla yanaşı konservantlarla zəngindir.
5. Paxlalı bitkilər - mərci, noxud, lobya az da olsa sidik turşusunu artırır.
6. Bəzi tərəvəzlər - ispanaq, sparja, gül kələmi, göbələklər
7. Şirin, qazlı içkilər
8. Alkoqol, araq