Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yer kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq

Yer kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq

Tarix: 25 Fevral 2020 23:22

"ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu asteroidlə mümkün toqquşmanın qarşısını almağa kömək edəcək yeni sistem hazırlayıblar".

Sonxeber.net modern.az-a istinadən bildirir ki, mütəxəssislər yaxınlaşan asteroidin sürətini, kütləsini nəzərə alan və obyektin Yer kürəsinin qravitasiya sahəsinə daxil olmasına nə qədər vaxt qaldığını hesablayan "qərarlar xəritəsi"ni təsvir ediblər.

Sözügedən sistem hadisələrin inkişafının 3 müxtəlif variantını, yaxınlaşan asteroidin uçuş trayektoriyasının dəyişdirilməsi üçün 3 həll yolunu təsvir edir. Bu, mərminin işə salınması, lazımi xarakteristikalarını hesablamağa imkan verəcək məlumatların əldə olunması üçün asteroidə kəşfiyyatçı qurğunun göndərilməsi, mühərriklərdən istifadə edərək asteroidin uçuş trayektoriyasını müəyyən qədər dəyişdirə biləcək iki kəşfiyyatçı qurğunun göndərilməsidir. Kəşfiyyatçı qurğulardan əldə olunan məlumatların köməyilə asteroidin mərmi ilə partladılması planlaşdırılır.

Qeyd edək ki, hazırda kosmik obyektlərlə toqquşmanın qarşısının alınması üzrə rəsmi plan nüvə silahından istifadəni nəzərdə tutur. Lakin bu plan tənqidlərə məruz qalıb və effektsiz hesab edilib.


Etiketlər:  kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ