Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qapıçı qeyri-adi avtoqola imza atdı - VİDEO

Qapıçı qeyri-adi avtoqola imza atdı - VİDEO

Tarix: 26 Fevral 2020 12:02

Paraqvayın futbol üzrə çempionatının altıncı turu çərçivəsində "Heneral Dias" və "Quarenya" klublarının görüşü baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Heneral Dias" klubunun qapıçısı Qustavo Serdan düşünülməmiş addım ataraq topu öz qapısına göndərib.

Yarımmüdafiəçidən ötürmə alan qapıçı gözlənilmədən rəqib komandanın oyunçusunu aldatmaq fikrinə düşüb.

Lakin pressinqə məruz qalan Q.Serdan qapısına tərəf qaçmalı olub.

Nəticədə yerə yıxılan qapıçı avtoqola imza atıb.

Bu qol onun komandasını qələbədən məhrum edib.

Milli.Az


Etiketlər:  Qapıçı qeyri avtoqola imza atdı VİDEO


RƏYLƏR