Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha 4 nəfər koronavirusun qurbanı oldu - RƏSMİ

İranda daha 4 nəfər koronavirusun qurbanı oldu - RƏSMİ

Tarix: 26 Fevral 2020 13:40

İranda indiyədək yeni koronavirusa (Covid 19) 139 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində 44 nəfərin yoluxma halı qeydə alınıb.

Nazirlik rəsmisi deyib ki, indiyədək bu virus nəticəsində İranda 19 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində koronavirus nəticəsində daha 4 nəfər dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  İranda daha 4 nəfər koronavirusun qurbanı oldu RƏSMİ


RƏYLƏR