Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda satıcılar cərimələndi - SƏBƏB

Bakıda satıcılar cərimələndi - SƏBƏB

Tarix: 26 Fevral 2020 17:56

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.


Etiketlər:  Bakıda satıcılar cərimələndi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ