Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda koronavirusun yayılması riski artıb

Gürcüstanda koronavirusun yayılması riski artıb

Tarix: 26 Fevral 2020 22:08

Gürcüstanda koronavirusun yayılması riski artıb. Ölkənin Səhiyyə Nazirliyi epidemiyaya hazırlıq rejiminə keçir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlər görülüb: "Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlər də görülüb. Lakin biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik", - deyə, nazir vurğulayıb.

Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı rəsmi heç bir hal qeydə alınmayıb.


Etiketlər:  Gürcüstanda koronavirusun yayılması riski artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ