Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 19:40
Türkiyənin Çanaqqala vilayətində, Mərmərə dənizi sahilində sərnişin gəmisi saya oturub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, gəmidə 50-dən çox sərnişin var.
Hazırda sahil-mühafizə xidmətinin xilasediciləri sərnişinləri gəmidən təxliyə edir.
Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlərin həyatına təhlükə olmadığı deyilir.