Tarix: 23 May 2019 18:32
"Beşiktaş" bir müddət əvvəl Türkiyə millisinə baş məşqçi təyin olunan Şenol Günəşə əvəzləyici tapıb. Qol.az-ın "ntvspor"a istinadən yaydığı məlumata görə, "qara qartallar" bu vəzifəyə hazırda "Başakşəhər"i çalışdıran Abdullah Avcını gətirməyi planlaşdırır. Klub rəhbərliyinin artıq 55 yaşlı mütəxəssislə görüşdüyü və razılıq əldə etməyə yaxın olduğu bildirilir. Təcrübəli məşqçi İstanbul klubunun təklifinə "hə" desə, onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Avcının "Başakşəhər"lə hələ 5 illik sözləşməsi var.