Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb - FOTO

Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb - FOTO

Tarix: 27 Fevral 2020 23:18

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Nicat Məmmədli (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Cahangir Məcidov (90 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qalib başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xanım idmançıların mübarizəsində isə Vüsalə Kərimova (48 kq), Fəridə Səfərova (57 kq), Xədicə Rəşidova (70 kq) və Aytəkin Paşazadə (+78 kq) Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə fevralın 28-də təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.


Etiketlər:  Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ