Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 10:52
Suriyanın İdlib vilayətində 33 türk hərbçinin şəhid olması və vəziyyətin həddən artıq gərginləşməsi nəticəsində Türkiyə bundan sonra Suriyadan gələn qaçqınların Avropaya keçidinə mane olmayacaq.
Sonxeber.net Habertürk-ə istinadən bildirir ki, AKP-nin sözçüsü Ömər Çəlik deyib: "Miqrantlar və qaçqınlarla bağlı siyasətimiz dəyişməyib. Lakin vəziyyət dəyişib, bundan sonra Türkiyə suriyalı qaçqınlara əlavə düşərgələr yaratmaq imkanında deyil".
Suriyanı tərk edərək Avropa Birliyi ölkələrinə yollanmaq istəyən suriyalı miqrantlara Türkiyə bu gündən etibarən maneələr yaratmayacaq.
Türkiyənin Ədirnə vilayətində bir qrup suriyalı miqrant Yunanıstana keçmək üçün sərhədə doğru yollanıblar.
Aydındakı suriyalı miqrantlar isə Çanaqqaladakı Ayvacıq rayonuna, Aralıq dənizinin sahillərinə yönəliblər.
Hazırda Türkiyədə 3,5 milyon suriyalı qaçqın var. Onların 1660581 nəfəri 0-18 yaş arasındadır.