Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 22:04
Bakı. Cani Babayeva - Trend:
Azərbaycan komandası bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin beş halqa və beş lentlə qrup hərəkətlərində finalına yüksəliblər.
Trend-in məlumatına görə, azərbaycanlı gimnastlar beş halqa ilə hərəkətlərdə 22,950 bal, beş lentlə hərəkətlərdə isə 18,050 bal toplayıblar.
Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.
Beş halqa ilə hərəkətlərdə finala həmçinin İsrail, Belarus, Rusiya, İtaliya, Almaniya, Estoniya və Bolqarıstan komandaları yüksəlib. Beş lentlə hərəkətlərdə turnirin finalına isə İsrail, Belarus, Rusiya, Macarıstan, İtaliya, Litva və Estoniya komandaları keçib.
Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.
Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin