Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Tarix: 28 Fevral 2020 22:50

Neftçalada motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, sürücü ağır xəsarət alıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıllı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Rəfael Soltan oğlu Gözəlovun idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Neftçala Rayon Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb. Onun ayağı travmatik amputasiya edilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Neftçalada motosiklet avtomobillə toqquşub xəsarət alan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ