Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 08:48
Bakı. Trend:
Meksika hakimiyyəti paytaxt ətrafında bağlı evdə əsasən Mərkəzi Amerikadan olan 230 miqrantı susuz və qidasız tapıb.
Trend-in məlumatına görə, Ekatepek rayonunda yerləşən şübhəli ev barədə məlumatı qonşular verib.
Hadisə yerinə polis, mülki müdafiə xədmətləri gələndə evdə yüzlərlə insanın susuz və qidasız olduğunu aşkar edib. Miqrantlar arasında 64 nəfər azyaşlı olub.
Miqrantlar azad edilib və qida məhsulları ilə təmin edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin