Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır

Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır

Tarix: 29 Fevral 2020 13:30

2020-ci il martın 1-dən başlayaraq "Uzbekistan Airways" aviaşirkəti Cənubi Koreyanın paytaxtı Seula müntəzəm reysləri müvəqqəti olaraq dayandırır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qərar koronavirusun Özbəkistanda yayılmasının qarşısının alınması məqsədi ilə verilib.

Qeyd olunub ki, fevralın 29-da Seuldan Daşkəndə gələn reysin sərnişinləri karantin məqsədilə müvəqqəti yerləşdirmə məntəqələrinə göndəriləcək.

Aviaşirkət rəhbərliyi sərnişinlərin yaxınlarına onları hava limanında qarşılamamağı tövsiyə edib.


Etiketlər:  Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır


RƏYLƏR