Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 19:45
Xalq artisti Teymur Mustafayev son günlər dünyada hər kəsi təlaşa salan koronavirusdan qorunma üsulunu açıqlayıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Teymur əmi "Gündən-günə" verilişində studiyaya girərkən aparıcı Əkbər Əlizadə və digər qonaqlarla görüşməyib. O bildirib ki, koronavirusa görə artıq heç kimlə öpüşüb görüşmür:
"Bu gün "maç-maç, quç-quç" yoxdur. Öpüşmək qəti olmaz. Görüşdük, vəssalam, qurtardı getdi".
Teymur əmi aşıq Telli Borçalının "Öpmürəm səni, əllə görüşüm" sözlərinə "O da yüngül. Əzizim işim yox, qızıldan dişim yox. Korona gəlir, Telli, sənlə işim yox" cavabını verib.