Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 13:39
İrandan Azərbaycana gələn 4 xarici ölkə vətəndaşı koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Sonxeber.net bildirir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslərdən 3-ü Çexiya, 1 nəfər isə İtaliyas vətəndaşlarıdır: "Həmin şəxslər fevralın 29-u axşam yerləşdikləri oteldə özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə mərkəzə gətiriliblər. Müayinə olunandan sonra onlar Qobustan Xəstəxanasına köçürülərək karantinə götürülüblər. Hazırda Kliniki Tibbi Mərkəzdə 2 nəfər Azərbaycan vətəndaşı karantində saxlanılır. Onların səhhətləri normaldır, dəyişiklik yoxdur".