Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 18:52
"Everton" klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçisi Morqan Şnederleni itirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda fransalı futbolçunun fevralın 23-də "Arsenal"a qarşı keçirdikləri oyunda aldığı zədənin ciddi olduğu diqqətə çatdırılıb. Bu üzdən o, dizindən əməliyyat olunub.
30 yaşlı yarımmüdafiəçinin dəqiq bərpa müddəti açıqlanmasa da, Britaniya mətbuatı Şnederlenin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazır.
Fransalı futbolçu bu mövsüm "Everton"da 15 Premyer Liqa matçının iştirakçısı olub. Onunla yanaşı, sözügedən klubda Qbaminlə Luka Din də zədədən əziyyət çəkir.