Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda bizdən başqa heç bir klub buna nail olmamışdı" - Bordin

Tarix: 2 Mart 2020 10:56

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Modlova mətbuatına geniş müsahibə verib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycanla bağlı sulları da cavablandırıb. O, əvvəlcə hələ “Şerif”də çalışdığı vaxt Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la mübarizələrindən (0:0, 1:2) danışıb:

“Avrokuboklarda təcrübəsi olan çox yaxşı bir kluba rəqib olduq. Həmin vaxt onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi yüksəldilər. İlk görüşdə uduzmasaq, qol buraxmasaq da, bizim üçün çox çətin idi. Düzünü deyim, onda bu heç-heçəni qazanmaq üçün çox çalışmalı olduq. Evdə “Qarabağ” heç-heçədən daha çox qələbəyə yaxın idi. İkinci oyunda iki yaxşı qol imkanımız oldu. Kim bilir, onlardan istifadə etsəydik, onda hər şey tam fərqli ola bilərdi. Həmin vaxt rəqib açılacaqdı və onları əks hücumlarda tuta bilərdik. Lakin bunun əvəzində kobud səhvə yol verərək qol buraxdıq. Sonda nə baş verdiyi məlumdur".

Rordin daha sonra “Şerif”dən “Neftçi”yə keçidi barədə sualı cavablandırıb. O, “ağ-qaralar”a gəldiyi üçün peşman olmadığını deyib: "Heç vaxt peşman olmamalısan. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Tula "Arsenal"ını məğlub etdik, hətta evdə 3:0 hesablı qələbəylə. Azərbaycanda heç bir klub avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq biz buna nailolduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, "Şerif" mənə çox şey vermiş olduğu kimi, mən də "Şerif"ə çox şey verdim. Belə bir komandaya dəvət olunduğum üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür. "Şerif"lə münaqişəm yox idi. Həqiqətən də İtaliyada həll edilməli olan bəzi məsələlər var idi. Bunlar doğrudan da ailəylə bağlı idi. Bunları bir aya həll edə bildik, bundan sonra İtaliyada qalmağım artıq vacib deyildi. Bu müddətdə "Şerif"lə müqaviləm başa çatdı, sərbəst idim və aldığım bütün təklifləri nəzərdən keçirirdim. Ən çox "Neftçi" variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada "Şerif" kimi böyük bir klubu tərk etmək qərarına gəldim".
 


Etiketlər:  Azərbaycanda bizdən başqa heç bir klub buna nail olmamışdı Bordin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ