Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparıldı

Bakıda 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparıldı

Tarix: 2 Mart 2020 14:54

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a bu barədə bildirilib.

Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb.

Agentlikdən bildirilib ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib.

Həmçinin, qeyd edilib ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.


Etiketlər:  Bakıda 1500 yaxın avtobusda dezinfeksiya işləri aparıldı


RƏYLƏR