Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 18:40
Çalışdığım qədər sənətimə və özümə uyğun olmayan insanlardan aralı oluram. Bəlkə də onlar məndən yaxşıdır, amma pərdə saxlamağı çox sevirəm. İnanıb, güvənib getdiyim yerdə ayağıma daş dəyərsə, o daşın hardan gəldiyini ölən günə kimi unutmaram.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam instaqramda yazıb. Dostlarının sədaqətsizliyindən gileylənən ulduz onlara ismarış yollayıb:
"Dostluq etməyi sevdiyim qədər düşmənçilik etməyi də sevirəm, amma kişi kimi. Özümə də məsləhət - bu gündən etibarən özün kimi əmin olmadığın insanlarla bir araya gəlməyəcəksən, Xatirə!"