Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 20:35
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqlarından biri aparıcı Elgiz Əkbər olub.
Sonxeber.net bildirir ki, teleaparıcı İlhamə Quliyevanın müxbirlə yaşadığı maraqlı xatirəni tamaşaçılarla bölüşüb:
"Bir gün Könül Baxşəliyeva zəng edib ki, İlhamə Quliyevanı verilişə dəvət eləsin. İlhamə xanım telefonda Könülə deyib ki, Stokholmdayam. Dünya azərbaycanlılarının tədbirindəyəm, indi çıxışa hazırlaşıram, gələ bilmirəm. Bir-iki saatdan sonra Könül avtobusla evə gedəndə təsadüfən görüb ki, İlhamə Quliyevanın maşını işıqforda dayanıb, özü də maşında. Elə olub ki, camdan İlhamə xanıma salam verib, deyib ki, İlhamə xanım, iki saat bundan qabaq siz mənə demişdiniz ki, Stokholmda tədbirdəyəm. İlhamə xanım da cavab verib ki, canım mənim, Maştağada qutab yeyirdim, halım yox idi verilişə gəlməyə".