Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-nin əməkdaşı İranda koronavirusa yoluxub

ÜST-nin əməkdaşı İranda koronavirusa yoluxub

Tarix: 2 Mart 2020 21:52

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı bölməsinin əməkdaşı yeni növ COVID-19 koronavirusuna yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

A.Gebreyesus deyib: "ÜST-nin İrandakı ofisinin əməkdaşından götürülən analizin cavabı müsbət olub".

ÜST-nin baş katibinin sözlərinə görə, təşkilatın əməkdaşı xəstəliyi yüngül formada keçirir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az


Etiketlər:  ÜST əməkdaşı İranda koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ