Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 23:04
Belarus Azərbaycan neftinin uzunmüddətli müqavilə əsasında tədarükündə maraqlıdır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.
Baş nazir deyib ki, Belarus nefti Odessa-Brodı-Mozır kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırır: "Biz SOCAR-la uzun müddət çalışmışıq. Bu günə qədər iki dəfə, 2011 və 2016-cı illərdə Azərbaycandan neft tədarük etmişik".
Azərbaycan tərəfinin də Belarusdan neft məhsulları aldığını xatırladan S.Rumas qeyd edib ki, SOCAR uzunmüddətli müqavilə bağlamaq üçün etibarlı tərəfdaşdır:
"SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri ilə məşğul olurlar. İmzalanacaq müqavilə iki ölkə arasında neft sənayesində əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli addım olacaq".