Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gözə qaz balonu sıxıb, evləri qarət edirlər” - Polis araşdırıb - VİDEO

“Gözə qaz balonu sıxıb, evləri qarət edirlər” - Polis araşdırıb - VİDEO

Tarix: 3 Mart 2020 15:56

Koronavirusla bağlı, gəlib qapını döyürlər, guya dövlət proqramıdır, dezinfeksiya edəcəklər. Gözlərə qaz balonu sıxıb, evi oğurlayırlar.

Sonxeber.net bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında yayılan bu səsyazı ilə bağlı maraqlı süjet yayımlanıb.

Sosial şəbəkə platformaları üzərindən paylaşılan bu səs yazısı əhali arasında təşvişə səbəb olub. Müəyyən bir qism insanlar düşünür ki, belə hallar var. Məsələnin ciddiyətini nəzərə alan hüquq mühafizə orqanları bu səs yazısı ilə bağlı araşdırmalara başlayıb.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Sosial şəbəkələrdə yayılan məlumat tərəfimizdən tam və hərtərəfli araşdırılıb. Yayılan məlumatlar təsdiqini tapmayıb. Bu və digər formada paytaxtın polis orqanlarında şəhər sakinlərinin hər hansı müraciəti daxil olmayıb".

Mütəxəssislər də vətəndaşları ehtiyatlı davranmağı tövsiyə edir. Ekspertlər deyir ki, bu kimi hallarda daha soyuqqanlı və təmkinli olmaq, həmin şəxslərin kimliyini müəyyən etməyə çalışılmaq lazımdır.

Elmar Nurəliyev - Ekspert: "Vətədaşlar qapını kimə gəldi açmamalıdırlar. Su filtrləri satanlar, dezinfeksiya adı ilə gələnlər çox olur. Belə olanda o insanlardan kimlik, vəsiqə tələb edilməlidir. Vəsiqədə möhürün olmasına mütləq baxmaq lazımdır".

Hazırda Azərbyacanda 20-dən artıq təmzlik və dezinfeksiya işləri görən özəl şirkətlər fəaliyyət göstərir. Gigiyena və Epidemiologiya Mərkəzi isə deyir ki, koronavirusla bağlı dezinfekiya tədbirlərinin görülməsi üçün xüsusi tapşırıq yoxdur. Amma bəzi özəl şirkətlər bundan sui-istifadə edirlər".

Ziyəddin Kazımov - RGEM-nin şöbə müdiri: "Bunlar özləri gedib belə təkliflər edirlər. Bunlar yalnız icazə əsasında bu işləri apara bilərlər. Qapı-qapı düşüb, bu işləri aparmağa icazə yoxdur".

Hüquq mühafizə orqanları əhalini təşvişə səbəb olacaq belə səs yazılarına inanmamağa, fakta söykənəcək məlumatları isə dərhal 102 zəng mərkəzinə yönləndirməyi tövsiyə edir...


Etiketlər:  Gözə balonu sıxıb evləri qarət edirlər Polis araşdırıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ