Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Tarix: 3 Mart 2020 21:00

2020-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 35,2 faiz artaraq 52,4 milyon manat təşkil edib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Asfaltın istehsalı 76,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 21,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,4 faiz, tikinti kərpicinin istehsalı 8,3 faiz artıb, tikinti gipsinin istehsalı 5,5 faiz, tikinti əhənginin istehsalı 26,2 faiz, sementin istehsalı isə 24,0 faiz azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 64,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 63,9 faiz, metallurgiya sənayesində isə 38,8 faiz artım müşahidə olunub. Yanvar ayında sahə üzrə 2418,6 ton (2,2 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.


Etiketlər:  Azərbaycanda tikinti materiallarının istehsalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ