Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 08:08
Fransa prezidenti Emmanuel Makron MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdə agentliyin İrandakı işini və KXDR-də nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Fransa Respublikasının Prezidenti MAQATE-nin yeni seçilmiş baş direktoru Rafael Qrossini Parisə ilk səfəri münasibətilə qəbul edib. Görüşdə MAQATE-nin İranda yoxlama işlərinin aparılması müzakirə olunub.
Bundan başqa, Makron KXDR-in nüvə proqramının tam dayandırılması məqsədini və MAQATE-nin bu məsələdə rolunu xatırlatdığı bildirilir.