Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 10:30
Misir polisi 61 yaşlı britaniyalı Anna Consonun ölümünün təfərrüatlarını araşdırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ev heyvanlarını sevən qadın ölkənin Dahab şəhərində küçə itləri üçün sığınacaq qurub.
A.Conson mütəmadi olaraq itlərə yem verirmiş.
Bir neçə gün öncə sığınacağın digər işçiləri qadının cəsədini it yemi ilə dolu olan torbanın yanında aşkar ediblər.
Qadının üzündə, boynunda və qollarında dişləmə izləri olub.
Polis hesab edir ki, qadının həyatına sığınacağın itləri son qoyub.