Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 15:58
Son günlər 8 martla bağlı şagirdlərdən pul yığılması iddiaları çoxalıb. Hətta bu prosesin məktəblərin bağlanmasından öncə başladığı və hələ də davam etdiyi bildirilir.
Sonxeber.net bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında yayılan səsyazı ilə bağlı maraqlı süjet yayımlanıb.
İddiaların doğruluğunu yoxlamaq üçün valideynlər arasında sorğu keçirdik.
Valideyn: "Müəlliməni adi dillə təbrik edəcəyik".
Valideyn: "İndiyə qədər pul yığmaq məsələsi olmayıb. Müəlliməni üz-gözündən öpüb təbrik edəcəyik".
Qəribədir ki, valideynlər məktəbdə pul yığılmadığını desələr də, uşaqlar bunun əksini iddia edirlər.
Şagird: "Mən 3-cü sinifdə oxuyuram. Müəllimlərə hədiyyə almaq üçün 5 manatdan pul yığırıq, amma mən gül vermək istəyirəm".
Şagird: "5-ci sinifdə oxuyuram. Müəllimə hədiyyə almaq üçün 40 manat pul yığmışıq".
Ekspert Kamran Əsədov məktəblərdə bəzən belə hallara rast gəlindiyini, lakin valideynlərin çox vaxt övladlarına problem yaratmamaq üçün bunu gizlətdiyini bildirir.
Kamran Əsədov - Təhsil eksperti: "Hətta bir çox məktəblərdə konkret rəqəmlər belə qoyulur. Daha çox paytaxtın mərkəzində yerləşən məktəblərdə 70 -100 manat arası dəyişirsə, bir az paytaxtdan kənar məktəblərdə bu, 50 manata qədər, yəni minimum dövlət rüsumu kimi şagirdlər qarşısında məbləğ qoyulur".
Təhsil Nazirliyi bu cür halların qarşısını almaq məqsədilə 146 qaynar xəttini yaradıb. Lakin qaynar xətt anonim şikayətəeri qəbul etmir. Eskpertlər düşünür ki, bu halların qarşısının alınması üçün qaynar xəttə bunula bağlı zəng vuran valideynlərin anonimliyi qorunmalıdır.
Kamran Əsədov - Ekspert: "Çünki biz bilirik ki, hər hansı bir məktəbdə, hər hansı müəllimlə bağlı biz şikayət etsək, həmin məktəbin rəhbərliyi maksimum halda müəllimə töhmət verəcək, bu da 6 ay qüvvədə olan bir sənəddir. Əvəzində isə şagird təhsil aldığı bütün müddətdə 5 il 6 il, hətta 11 il həmin müəllim tərəfindən qınanacaq və təzyiqlərə məruz qalacaq".
Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, korinavirus təhlükəsinə görə məktəblər bağlandığından bu məsələ aktual deyil. Bununla belə, nazirliyin mövqeyini yenidən səsləndirməyə hazırıq.