Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ koronavirusa yoluxma riskinin qiymətləndirməsini orta səviyyədən yüksək səviyyəyə qaldırıb

Aİ koronavirusa yoluxma riskinin qiymətləndirməsini orta səviyyədən yüksək səviyyəyə qaldırıb

Tarix: 4 Mart 2020 21:10

Avropa İttifaqı (Aİ) üzv ölkələrdə COVID-19 koronavirusuna yoluxma riskini orta səviyyədən yüksək səviyyəyə qaldırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə mətbuat konfransında söyləyib.

"Avropa İttifaqı eyni zamanda xəstəliklə mübarizə aparmaq üçün 230 milyon avrodan çox vəsait ayırıb", - deyə Aİ-nin Böhranın İdarə Olunması üzrə Komissarı Yanez Lenarçiç bildirib.

O qeyd edib ki, Avropa Komissiyası COVID-19 virusu ilə mübarizə aparmaq məqsədilə əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını araşdırır, eyni zamanda əczaçılıq sənayesinə də yatırım tələb olunur.


Etiketlər:  koronavirusa yoluxma riskinin qiymətləndirməsini orta səviyyədən yüksək səviyyəyə qaldırıb


RƏYLƏR