Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 21:16
Ukrayna Ali Radası Denis Şmıqalı Baş Nazir vəzifəsinə seçib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, deputatlardan 291-i onun Baş Nazir vəzifəsinə namizədliyinin lehinə səs verib.
D.Şmıqal bundan əvvəl Baş Nazirin müavini vəzifəsində çalışıb.
Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.
Xatırladaq ki, bundan öncə Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad etmişdi.
Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs vermişdi.