Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 22:26
İranda yeni koronavirusun yayılması ilə bir sıra fəaliyyətlər dayandırılıb və ya məhdudlaşdırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İranın Futbol Liqası üzrə Təşkilatı bütün futbol yarışlarını 21 martadək (İranda 21 martda yeni il başlayır) ləğv edib.
Novruz bayramı günlərində İranın bir sıra vilayətlərində, o cümlədən İsfahan, Rəzəvi Xorasanı, Mazandaran və Farsda turist qəbulu qadağan edilib.
Bununla yanaşı, 7-dən 12 martadək İran banklarında iş saatı azaldılıb və 8:30-dan 12:30-dək təyin olunub.
6 martda İranın bütün vilayət mərkəzlərində cümə namazı ləğv olunub.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.