Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb - RƏSMİ

Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb - RƏSMİ

Tarix: 5 Mart 2020 13:10

"Bu gün Azərbaycanda 539 nəfər Çin vətəndaşı var və onlardan 69 nəfər fervalın 20-dən sonra Azərbaycana gələnlərdir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir. Ümumilikdə bu il Azərbaycana gələn əcnəbilərin sayı azalıb:

"Çünki əcnəbilərə elektron vizaların verilməsi azalıb. Suriya vətəndaşı qaçqın kimi gəlməyib. Çindən vətəndaşların Azərbaycana gəlməsi məhdudlaşdırılıb, aviareyslər dayanıb. Bu gün Azərbaycanda 539 nəfər Çin vətəndaşı var və onlardan 69 nəfər fervalın 20-dən sonra Azərbaycana gələnlərdir. Ölkədə olma müddəti başa çatan Çin vətəndaşları ölkəni tərk edir. Əgər müddəti bitən şəxslərin qayıtmaslnda aviareys və digər problem yaranarsa, onlar nəzarətə götürülür".


Etiketlər:  Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb RƏSMİ


RƏYLƏR