Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 13:52
Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Canni De Byazi ona gələn təkliflərdən danışıb.
Qol.az xəbər verir ki, o, "tuttomercatoweb.com"a açıqlamasında deyib ki, A seriyasının bəzi klublarının təklifini rədd edib. İtaliyalı mütəxəssis hazırda bir milli komandadan cavab gözlədiyini söyləyib:
"İrandan işləmək seçimim çoxdan olmuşdu. Amma sonradan çox problem yarandı. A seriyasından bəzi klublarla danışıq oldu, amma hamısına "yox" dedim. Hazırda Avropada bir milli komandadan cavab gözləyirəm. Ümid edirəm ki, bir neçə günə məsələ həllini tapacaq".