Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 08:44
ABŞ Venesuelaya qarşı müharibə planı hazırlayır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda qubernatorlar və merlərlə görüşdə bildirib.
"Onlar [ABŞ hakimiyyəti] müharibə, terrorizm, Venesuelada sabitliyi pozmaq və zorakılığı çoxaltmaq, silahlı münaqişəni kəskinləşdirmək və ölkəmizə hərbi müdaxiləyə haqq qazandırmaq üçün plan yaratmaq qərarına gəliblər", - dövlət televiziyası ilə yayımlanan çıxışında Nikolas Maduro deyib.
Venesuela prezidenti əlavə edib ki, ABŞ-ın bu məsələdə köməkçisi Braziliya olmalıdır.
"Biz demokratik və humanist dairələrdən, Braziliya xalqından və silahlı qüvvələrindən Jair Bolsonarunun [Braziliya prezidenti] Donald Trampın dəstəyi ilə Venesuelaya qarşı hər hansı bir avantürasını dayandırmalarını xahiş edirik", - deyə Maduro vurğulayıb.