Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastları “AGF Junior Trophy” turnirində sərbəst hərəkətlərdə finala çıxıb

Azərbaycan gimnastları “AGF Junior Trophy” turnirində sərbəst hərəkətlərdə finala çıxıb

Tarix: 7 Mart 2020 14:36

Azərbaycan gimnastları Anar Həsənov və Mənsum Səfərov kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirində sərbəst hərəkətlərdə finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Həsənov 13.000 xal, M.Səfərov 12.850 xal toplayıb.

Bu növdə finala həmçinin Vladimir Kostyuk və İvan Sevruk (hər ikisi - Ukrayna), Daçi Dolidze (Gürcüstan), Cordi Hagenaar (Niderland), Çuanq Çia-Lunq və Huanq Yen-Çanq (hər ikisi - Tayvan) vəsiqə qazanıb.

Digər azərbaycanlı gimnastlar Ağakazım Rüstəmov (12.700 xal) və Rəsul Əhmədzadə (12.600 xal) finala çıxa bilməyib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.

Milli.Az


Etiketlər:  Azərbaycan gimnastları Junior Trophy turnirində sərbəst hərəkətlərdə finala çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ