Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 16:30
Elektron dərslik portalına kiçik və böyük summativ qiymətləndirmələr üzrə nümunələrinin yerləşdirilməsi planlaşdırılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Kənan Kərimli deyib.
Onun sözlərinə görə, həmin nümunələrdən istifadə etməklə həm valideynlər övladlarının, həm də şagirdlər özlərinin hansısa dövr ərzində keçdiyi mövzular üzrə biliklərini qiymətləndirə bilərlər:
"Bu, hazırda layihə formasındadır. Hələlik bu sistem portalda aktiv deyil".