Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 23:33
Bakı. Trend:
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın operativ icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir. Müştərilərin kompensasiyalarını rahat və sürətli şəkildə alması üçün bu şənbə (25 may tarixində) Unibankın Abşeron və region filialları səhər saat 10.00-dan 14.00-dək işləyəcək.
Unibankdan Trend-ə verilən məlumata görə, prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi davam etdirilir.
İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
Kompensasiya hesablanmış şəxslər siyahısında olan və indiyədək kompensasiya məbləğini götürməyən Unibank müştəriləri, şənbə günü saat 14.00-dək bank filialına yaxınlaşıb, ona hesablanan vəsaiti rahat şəkildə əldə edə bilər.
Unibank - hər kəsin bankı!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin