Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 19:10
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah ardıcıl 3-cü mövsüm 20 qol səddini fəth edib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, misirli hücumçu 20-ci qolu bu gün Premyer Liqanın XXIX turunda "Bornmut"un qapısından keçirib.
O, qollarından 16-nı Premyer Liqa, 4-nü avrokuboklarda vurub. Ötən mövsüm 27, 2017/18 mövsümündə 44 dəfə fərqlənən forvard ardıcıl 3-cü dəfə bunu bacarıb. Sonuncu dəfə belə göstəriciyə imza atan "Liverpul"lu Maykl Ouen olub.
Premyer Liqada 100-cü matçda "Liverpul" formasında meydana çıxan hücumçu 70-ci çempionat qoluna sevinib. O, 2017/18 mövsümündə 32, ötən çempionat 22, cari turnirdə 16 dəfə qol vurub.