Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 21:36
"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov komandanın qapıçısı Aqil Məmmədovun son durumu barədə danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"la matçda halı pisləşdiyi üçün məcburi əvəzlənən 30 yaşlı qolkiperin durumunun stabil olduğunu deyib:
"Onun yanında idim. Durumu stabildir. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldır. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur".
Qeyd edək ki, A.Məmmədov 59-cu dəqiqədə meydanı xərəkdə tərk edib. Onu Səlahət Ağayev əvəzləyib.