Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 10:16
Amerikalı jurnalist Steven Erlanqer "Nyu York Tayms" qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə müsbət fikirlər yazıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, jurnalist Ərdoğanı Avropanın problemlərini təkbaşına öhdəsinə götürən lider kimi təqdim edib.
"Avropa Birliyində (AB) qəribə bir əxlaqi qarşıdurma yaşanır. Ərdoğan Avropanın görməzdən gəldiyi problemləri təkbaşına öhdəsinə götürən liderdir. Türkiyə NATO üçün vacib tərəfdaşdır. Bu ölkənin Silahlı Qüvvələri İdlibdə ola biləcək kütləvi qırğının qarşısını alır. Eyni zamanda, 4 milyon suriyalı qaçqına sahib çıxır.
AB isə Türkiyəyə deyil, Suriyaya 60 milyon avro, Afinaya isə mövcud köç böhranı üçün 700 milyon avroluq yardım edir..." - jurnalist bildirib.