Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 17:16
İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, buna ölkədə yayılan koronavirus epidemiyası səbəb olub.
Nazirliyin bəyanatı A seriyasının "Parma" - "Spal" oyunu ilə eyni vaxta təsadüf edib. Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan görüşün də startı dayandırılıb.
Futbolçular oyuna çıxdığı vaxt verilən qərar üzündən onlar yenidən soyunub-geyinmə otağına qayıdıblar.