Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 20:16
Dünya miqyasında Feysbuk sosial şəbəkəsinin istifadəçi fəallığı artıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkəti məlumat yayıb.
Məlumata görə, fevral ayında sözügedən sosial şəbəkənin istifadəçi fəallığı 62,11%-ə çatıb. Bu rəqəm cari ilin yanvar ayı ilə müqayisədə 0,81% çoxdur.
Eyni zamanda, İnstaqram sosial şəbəkəsinin istifadəçi fəallığında da artım müşahidə olunur. Fevral ayında İnstaqramda istifadəçi fəallığı 8,9% olub.