Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşqçisi Rüfətin uğurlu debütü haqda - "Bütün imkanları qola çevirdi"

Məşqçisi Rüfətin uğurlu debütü haqda -

Tarix: 9 Mart 2020 10:40

“Futbolçular hələ bir-birinə öyrənirlər. Ona görə də top itkilərini görmək olur. Bəzi səhvlərimizi düzəltsək, bu mövsüm çox yaxşı bir komandamız olacaq”.

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rüfət Dadaşovun çıxş etdiyi “Foneks Rizinq” klubunun baş məşqçisi Rik Şans deyib.

O, ABŞ-ın USL liqasında mövsümün ilk turunda “Portlend 2”i 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında Rüfətin uğurlu debütündən də danışıb. Baş məşqçi görüşdə het-trik edən millimizin forvardının yaxşı qol duyumunun olmasını bildirib:

“Görünür, onun üçün hazırlıq matçları böyük məna kəsb etmir. Çünki hələ komandada qol hesabını açmamışdı. Bu oyunda isə əlinə düşən bütün imkanları qola çevirdi. Bilirik ki, Rüfət qol vura bilir. O, Solonun (Solomon Asante-red.) keçidlərinin sonunda bu imkanı əldə edir”.

Qeyd edək ki, bu ilin yanvar ayında Almaniyanın “Proyssen” klubundan ABŞ təmsilçisinə keçən Dadaşov hazırlıq matçlarında özünü göstərə bilməmişdi.
 


Etiketlər:  Məşqçisi Rüfətin uğurlu debütü haqda Bütün imkanları qola çevirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ