Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 12:40
"Borussiya"nın futbolçusu Emre Can qışda ona gələn təkliflərdən danışıb.
Qol.az xəbər verir ki, "Kicker"ə danışan 26 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının üç klubunun onu istədiyini deyib:
"Həmin klubların arasında "Mançester Yunayted" də var idi. Amma mən keçmişdə "Liverpul"da oynadığım üçün bu təklifi bir saniyə belə düşünmədən rədd etdim. Mənə ehtiyacı olan, önəmli futbolçulardan biri ola biləcəyim bir kluba getmək istədim. "Borussiya" bu istəklərimə uyğun idi".
Qeyd edək ki, E.Can qışda "Yuventus"dan Dortmund klubuna keçib.