Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada hərəkət məhdudlaşdırıldı

İtaliyada hərəkət məhdudlaşdırıldı

Tarix: 10 Mart 2020 07:36

İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə ərazisində karantin tədbirlərinin genişləndirildiyini deyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu da vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Baş nazir bildirib: "Ən son məlumatları, yoluxma və ölüm hallarının artmasını nəzərə alaraq, Lombardiya və bəzi digər zonalara şamil olan tədbirləri ölkə daxilində genişləndirmək qərarına gəldik".

C.Konte Hərəkətin yalnız əsaslı səbəblər olduqda mümkün olduğunu qeyd edib. Yeni qaydalar martın 10-dan qüvvəyə minəcək.

Bundan əlavə, Baş nazir aprelin 3-dək ölkədəki bütün təhsil müəssisələrinin bağlanacağını elan edib.


Etiketlər:  İtaliyada hərəkət məhdudlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ