Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 07:44
"BankMyCell" xidməti ikinci bazarı təhlil edib və qiyməti daha gec ucuzlaşan cihazların adını açıqlayıb. "Apple"ın istehsalı olan aparatlar ən bahalı qurğular adlandırılıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, araşdırmaya əsasən, orta statistik "iPhone" qurğusu 2 il ərzində öz dəyərinin təxminən 45%-ni, qabaqcıl "Android" smartfonu isə təxminən 71%-ni itirəcək.
Mütəxəssislərin müşahidəsinə görə, ucuz smartfonların dəyəri daha sürətlə azalır. 2 il müddətində ucuz "Android" qurğusunun dəyəri təxminən 79% azalacaq. 2018-ci ilin oktyabrında 349 dollara satışa çıxarılmış və 2019-cu ilin dekabrında 43 dollara satılmış "Motorola One" aparatı ən zəif göstərici nümayiş etdirib.
Xidmət belə nəticəyə gəlib ki, 2019-cu ildə "Apple" smartfonlarının dəyəri təxminən 25%, "Nokia" və "Sony" aparatlarında isə müvafiq olaraq 27 və 31% azalıb. "Motorola" və "LG" şirkətlərinin istehsalı olan smartfonlarda isə bu göstərici müvafiq olaraq 59 və 56%-ə bərabərdir.