Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 08:50
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud koronavirusla mübarizə aparmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ayrılması barədə sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin SPA rəsmi informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ÜST-ə maliyyə yardımımın ayrılması qərarı virusun yayılmasının qarşısının alınması ilə əlaqədar təşkilatın dövlətlərə müraciətindən sonra qəbul edilib. Səudiyyə Ərəbistanı Kralının humanitar məsələlər üzrə müşaviri Abdulla bin Əbdüləziz əl-Rabiyah bildirib ki, Ər-Riyad təhlükəli virusla mübarizədə ÜST və digər beynəlxalq təşkilatlara dəstəyini davam etdirəcək.
Səudiyyə Ərəbistanı artıq Körfəz ölkələri, İtaliya və Cənubi Koreyaya qarşılıqlı səfərləri dayandırıb.