Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 18:50
UEFA-ya üzv olan bəzi futbol federasiyaları Avro-2020-nin təxirə salınmasını istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb. Bununla bağlı bəzi federasiyalar UEFA-ya müraciət edib.
Bildirilib ki, koronavirusun sürətlə yayılması səbəbindən bu addım atılıb. Federasiyalar koronavirusa görə müvəqqəti dayandırılan yerli çempionatı başa vurmaq üçün Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir.
Qeyd olunub ki, mümkün variantlardan biri turnirin növbəti il keçirilməsi ola bilər.
Xəbərdə UEFA prezidenti Aleksandr Çeferinin bu ideyaya qarşı olduğu bildirilir.Onun turnirin vaxtında keçiriləcəyinə ümid etdiyi vurğulanıb.
Xatırladaq ki, "Avro-2020"nin oyunlarının 12 iyun - 12 iyul aralığında Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulub. Çempionatın 4 oyunu Bakıda olacaq.