Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 19:05
İctimai Televiziyada yayımlanan "Səs Uşaqlar" müsabiqəsinin sonuncu buraxılışı maraqlı anlarla yadda qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə "Görmədən seçimlər" mərhələsində aparıcı Leyla Quliyeva çıxış edib.
O, sözləri Məstan Günərə, musiqisi Polad Bülbüloğluna aid olan "Durnalar" mahnısını ifa edib. Bundan xəbərsiz olan üç münsif də (Xalq artisti Zülfiyyə Xanbabayeva, Murad Arif və Çingiz Mustafayev) Leylanın çıxışını bəyənərək geri çevrilib.
L. Quliyeva isə Z. Xanbabayevanın komandasına daxil olmaq istədiyini bildirib.