Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone-nu artıq Android smartfon vasitəsilə jailbreak etmək olar

iPhone-nu artıq Android smartfon vasitəsilə jailbreak etmək olar

Tarix: 10 Mart 2020 22:48

iPhone-nun satışa çıxdığı ilk illər ərzində onun jailbreak prosesini yalnız noutbuklar və Apple kompüterləri vasitəsilə etmək olurdu. Daha sonra iPhone-nun jailbreak-ni digər platformalar vasitəsilə də etmək mümkün oldu. İndi isə Reddit istifadəçilərindən biri iPhone-nun jailbreak prosesini Android smartfon vasitəsilə edə bilib. Bu barədə XDA-Developers saytı xəbər verib. iOS-in hack olunması üçün nəzərdə tutulmuş Checkra1n proqram təminatı yalnız macOS 10.10 və daha yuxarı versiyalarda çalışırdı.

Daha sonra proqram təminatının OC Linux ilə çalışan kompüterlər üçün olan versiyası da ortaya çıxdı. İndi isə Reddit istifadəçilərindən biri jailbreak prosesini root olunmuş Andorid smartfon vasitəsilə edə bilib. Checkra1n proqram təminatı rəsmi olaraq hal hazırda aktual olan iOS 13 əməliyyat sistemi il çalışan iPhone-ların jailbreak olunması imkanını verən yeganə proqram təminatı hesab edilir. Sözügedən hack üsulunun alqoritmində smartfonun flash yaddaşındakı yüklənmə sektorunun sistem boşluğundan istifadə edilir.

Checkra1n-in yeganə mənfi cəhəti ondan ibarətdir ki, iPhone-nun söndürülüb/yandırılmasından sonra jailbreak prosesini yenidən yerinə yetirmək lazım olacaq. Bu cür jailbreak-i Android smartfon vasitəsilə reallaşdırmaq isə öz növbəsində onun istifadə funksionallığını genişləndirir. Belə ki, noutbuk və ya kompüterə ehtiyac qalmır. Bu halda uğurlu jailbreak-in keçirilməsinin əsas şərti iOS 12.3 və daha yuxarı versiyada olan iPhone 5s-dən iPhone X-ə kimi iPhone modelinin, root olunmuş Android smartfonun, istənilən terminal tətbiqinin və iki cihazın bir-birinə qoşulması üçün nəzərdə tutulmuş OTG keçidinin olmalarından asılıdır.


Etiketlər:  iPhone artıq Android smartfon vasitəsilə jailbreak etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ